Interposta.Info

Məhəmməd Əmin Rəsulzadənin Bakıdakı barelyefi oğurlandı

Ölkə
 15-01-2019, 12:11     10 436

Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefi oğurlanıb.

İnterPosta.info
modern.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 15-nə keçən gecə baş verib.

Qonşular bildiriblər ki, səhər açılanda üzərində Rəsulzadənin şəkli olan mis lövhənin – barelyefin yerində olmadığını görüblər.

Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadənin vaxtilə yaşadığı həmin ev uzun müddətdir uşaq bağçası kimi fəaliyyət göstərir. Oğurlanmış mis barelyefin həmin yerə 1992-1993-cü illərdə vurulduğu bildirilir.

Xatırladaq ki, ötən illərdə bəzi tanınmış simalar dəfələrlə müvafiq qurumlar qarşısında Rəsulzadənin doğulub, boya-başa çatdığı həmin evin muzeyə çevrilməsi təşəbbüsü ilə çıxış ediblər.

İnterPosta.info

Məhəmməd Əmin Rəsulzadənin Bakıdakı barelyefi oğurlandı Məhəmməd Əmin Rəsulzadənin Bakıdakı barelyefi oğurlandı

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26