Interposta.Info

Nikol Azərbaycan dilində danışdı: Talançı, görməmiş... - Video

Ölkə
 18-01-2019, 09:20     10 470

Ermənistanın Baş naziri Nikol Paşinyan Feysbuk sosial şəbəkəsi vasitəsilə etdiyi ənənəvi canlı yayımlardan birində Azərbaycan dilində danışıb.

İnterPosta.info
Yeniavaz.com-a istinadla xəbər verir ki, 2 gün əvvəl işə gedərkən avtomobilində çəkdiyi video zamanı həbs olunan erməni general Manvel Qriqoryan və onun tərəfdarlarına xitabən "normal, standart talançı, görməmiş" ifadələrini işlədib.

Məlumat üçün qeyd edək ki, ermənilər danışıq dilində Azərbaycan sözlərindən geniş şəkildə istifadə edirlər. Eyni zamanda erməni ədəbi dilində də türk mənşəli sözlər kifayət qədər çoxdur. Bəzi erməni dilçilərinin yazdığına görə, müasir erməni dilinin təxminən 40%-i türk mənşəlidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26