Interposta.Info

Dünyanın diqqətini Azərbaycana yönəlib - “Qarabağ”/Statistika

Müxtəlif
 25-08-2017, 12:51     10 518

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünən Ağdamın “Qarabağ” futbol klubunun heyətini qəbulu zamanı “Qarabağ komandası Qarabağın adını daşıyır. “Qarabağ” komandası işğal altında olan Ağdam şəhərini təmsil edir. Ona görə sizin qələbənizin çox böyük əhəmiyyəti, mənası var. Bu, əlbəttə ki, ölkəmizin təbliğində çox önəmli hadisədir” fikirləri tamamilə öz təsdiqini tapır.

interposta.info
xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə özünün Feysbuk səhifəsində yazıb. O bildirib ki, Vikipediya virtual ensiklopediyasındakı araşdırma bunu bira daha sübut edir:

“Məsələn, “Qarabağ münaqişəsi” məqaləsi ( bəzi dillərdə məqalə “Qarabağ müharibəsi” kimi gedir) müxtəlif dillərdə avqustun 22, 23 və 24-də aşağıdakı sayda oxunub:

İngilis dilində: 578, 1.045 və 1.708

İspan dilində: 80, 532 və 933

Fransız dilində: 379, 94 və 174

Rus dilində: 498, 634 və 768

İtalyan dilində: 58, 329 və 1.282

Erməni dilində: 22, 32 və 22

“Azərbaycan” məqaləsi müxtəlif dillərdə avqustun 22, 23 və 24-də aşağıdakı sayda oxunub:


İngilis dilində: 5.184, 6.933 və 9.676

İspan dilində: 699, 1.723 və 3.522

Fransız dilində: 493, 667 və 1147

Rus dilində: 2.208, 2.316 və 2.446

İtalyan dilində: 420, 959 və 3.329

Portuqal dilində: 188, 530 və 735

Erməni dilində: 22, 13 və 41

“Qarabağ” futbol klubu haqqında müxtəlif dillərdə avqustun 22, 23 və 24-də aşağıdakı sayda oxunuş olub:


İspan dilində: 180, 4.532 və 12.407

Fransız dilində: 131, 1.586 və 3.802

Rus dilində: 711, 4.725 və 11.164

İtalyan dilində: 238, 3.460 və 15.145

Portuqal dilində: 98, 990 və 2.170

Erməni dilində: 0, 11 və 48 dəfə

“Qarabağ” məqaləsi müxtəlif dillərdə avqustun 22, 23 və 24-də aşağıdakı sayda oxunuş olub:


İngilis dilində: 90, 330 və 1.302

İspan dilində: 5, 32 və 90

Fransız dilində: 7, 18 və 45

Rus dilində: 196, 867 və 1.406

İtalyan dilində: 1, 8 və 25

Portuqal dilində: 1, 5 və 7

Erməni dilində: 1, 1 və 4”.

Qeyd edək ki, “Qarabağ” futbol klubu avqustun 23-də Danimarkanın paytaxtı Kopenhagen şəhərində eyniadlı klubla UEFA Çempionlar Liqasının pley-off mərhəlində ümumi qələbə qazanaraq qrup mərhələsinə yüksəlib.

Bu, Azərbaycan futbol tarixində ilk hadisədir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26