Interposta.Info

Azərbaycan əraziləri Google-də erməni dilində -

Ölkə
 15-02-2017, 07:32     561

Azərbaycan əraziləri Google-də erməni dilində -

Berdzor, Karvagar, Aqn, Varanda... Bunlar Azərbaycanın işğal altında olan ərazilərindən bir neçəsinin adıdır.

"Google”-xəritədə bir çox ərazilərimizin adı məhz bu formada, erməni sözləri ilə təqdim edilir.

BAKU.WS "Xəzərxəbər"ə istinadən bildirir ki, dünyanın nəhəng axtarış sistemi olan "google”-xəritəyə daxil olub, ölkəmizin işğal altında olan yerlərinin adalarını yazan zaman, adların Azərbaycan versiyası ilə yanaşı erməni dilində dəyişmiş formasına rast gəlirik. Qarabağ müharibəsindən indiyə kimi isə Azərbaycana məxsus 700-dən çox yerin adı dəyişdirilib.

Ermənişünas-araşdırmaçı İsmayıl Tanrıverdinin sözlərinə görə, ermənilər tərəfindən bu günə qədər təkcə Qarabağ ərazisində 120 məntəqənin adı dəyişdirilib. Bir çox yerin adı isə təhrif edilib.

İTK mütəxəssisi Osman Gündüz isə bildirir ki, xəritə xidməti təklif edən bir çox şirkətlərdə bu tipli problemlərlə rastlaşmaq mümkündür. Bunun əsas səbəbi isə ölkəmizdə həmin şirkətlərlə işləyən bir qurumun olmamasıdır.

Problemdən Azərbaycanın Xarici İşlər Nazirliyi də xəbərdardır. Nazirlik tərəfindən edilən müraciətlər hələlik nəticəsiz qalıb.

Adların dəyişdirilməsi üçün hər bir istifadəçi "google” şirkətinə müraciət edib bu səhvlərin aradan qaldırılmasına yardımçı ola bilər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26