Interposta.Info

Abşeronda marşrut evakuatorla toqquşdu, yük maşını aşdı: 2 yaralı var (FOTOLAR)

Ölkə
 6-01-2019, 20:25     10 481

Bu gün saat 17 radələrində Binəqədi-Balaxanı yolunda nəqliyyat hadisəsi baş verib.

İnterPosta.info
qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev baş vermiş qəzaya aydınlıq gətirib. O, bildirib ki, "Qazel" markalı nəqliyyat vasitəsini daşıyan təxliyyə avtomobili 108 B nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusla toqquşub.

"Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerinə yollanıb və araşdırmalara başlanılıb. Qəza zamanı avtobusun sürücüsü və bir nəfər sərnişin xəsarət alıb. İlkin məlumata görə hadisə təxliyyə avtomobili sürücüsünün dönmə əməliyyatını düzgün icra etməməsi səbəbindən baş verib. Hadisənin dəqiq baş vermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq".

****
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

İnterPosta.info Unikal.org-a istinadən məlumatına görə qəza Binəqədi-Fatmayi yolunda qeydə alınıb. Belə ki, evakuator sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində evakuatorun üzərində olan "Qazel" markalı yük avtomobili aşıb. Avtobusun sürücü ağır yaralanaraq təcili tibbi yardımın köməyi ilə yaxınlıqdakı tibbi məntəqəsinə aparılıb.

Yolda tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Abşeronda marşrut evakuatorla toqquşdu, yük maşını aşdı: 2 yaralı var (FOTOLAR)
Abşeronda marşrut evakuatorla toqquşdu, yük maşını aşdı: 2 yaralı var (FOTOLAR)
Abşeronda marşrut evakuatorla toqquşdu, yük maşını aşdı: 2 yaralı var (FOTOLAR)
Abşeronda marşrut evakuatorla toqquşdu, yük maşını aşdı: 2 yaralı var (FOTOLAR)
Abşeronda marşrut evakuatorla toqquşdu, yük maşını aşdı: 2 yaralı var (FOTOLAR)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26