"BakuBus" qəzaya uğuradı: ağır xəsarət alan var

Bu gün 2 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan 99-JX-198 DQN-lı avtobusun iştirakı ilə qəza baş verib.
İnterPosta.info xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.
"Toyota markalı minik avtomobili Yusif Səfərov küçəsində idarəetməni itirərək avtobusa dəyib. Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb. Minik maşınının sürücüsü ağır xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb. İlkin məlumata görə qəza minik avtomobilinin sürücüsünün günahı səbəbindən baş verib. Hadisənin dəqiq baş vermə səbəbləri müvafiq araşdırmadan sonra məlum olacaq".
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26