Interposta.Info

Əsas prospektdə ağır qəza:

Ölkə
 17-07-2017, 12:24     1 021

Bu gün səhər saat 08:30 radələrində Heydər Əliyev prospekti-Hava Limanı yolunda (keçmiş Suraxanı dairəsi yaxınlığında) yol nəqliyyat hadisəsi baş verib.

interposta.info
xəbər verir ki, bu barədə Teleqraf.com-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev deyib.

Onun sözlərinə görə, hava limanı istiqamətində hərkət edən Deyvo və Volksvagen Passat markalı iki minik avtomobili toqquşub.

Zərbənin təsirində avtomobillər VAZ-2107 markalı minik avtomobilinə və həmin vaxt hərəkətsiz vəziyyətdə dayanan 171 nömrəli marşrut xəttinə aid sərnişin avtobusuna çırpılıb.

Qəza nəticəsində avtobusun arxa tərəfi zədələnsə də sərnişinlərdən heç biri xəsatər almayıb.

Lakin Deyvo markalı avtomobildə olan sürücü və sərnişin ölüb.

Mais Ağayev qeyd edib ki, hadisənin hansı səbəbdən baş verməsi hazırda davam edən istintaq araşdırmasından sonra məlum olacaq.

interposta.info
Əsas prospektdə ağır qəza:
Əsas prospektdə ağır qəza: Əsas prospektdə ağır qəza:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26