Interposta.Info

Azərbaycanlı fəal azadlığa buraxıldı, bir gün sonra isə...

Ölkə
 5-01-2019, 12:33     10 354

Azərbaycanlı milli-mədəni fəal Səhənd Məali azadlığa buraxıldıqdan bir gün sonra Sarabda yenidən saxlanılıb.

O, təhlükəsizlik qüvvələri tərəfindən yanvarın 3-də yaxalanıb. Onun hansı səbəbdən saxlandığı barədə hələlik heç bir məlumat yoxdur.

Səhənd daha 3 milli-mədəni fəal - Vahid Nurməhəmmədi, Heydər Müzəyyəni və Məhəmməd Rəncbərlə birlikdə 2018-ci il dekabrın 31-də Sarab şəhərində saxlanmışdı. Onlar Sarab Məhkəməsinin qərarı ilə mülki girov qarşılığında çərşənbə günü sərbəst buraxılıb.

Xatırladaq ki, “Sistemin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmağa cəhd göstərmək” kimi qondarma ittihamla üzləşən Səhənd Məali 30 milyon tümənlik mülki girov qarşılığında azad edilib.

Səhənd Məali bundan əvvəl də Azərbaycan-türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26