Interposta.Info

Azərbaycan bayrağını öpən gənc həbs edildi

Gündəm
 20-07-2018, 11:24     10 474

Güneyli fəal Camal ‎Musəvinejad həbs edilib.

"XeberBiz" axar.az-a istinadən xəbər verir ki, İran İslam Respublikası əleyhinə təbliğat aparmaqda günahlandırılan güneyli milli fəal Şərqi Azərbaycan ostanının ‎Apellyasiya Məhkəməsinin qərarı ilə bir il həbs cəzasına məhkum olunub.‎

C.Musəvinejada qarşı ittihamlar arasında millətçilik, Azərbaycan Respublikasının bayrağını öpmək və ona ehtiram göstərmək, milli düşüncələrə malik olmaq, 1945-ci il hadisələrini dəstəkləmək, Seyid Cəfər Pişəvəriyə ehtiram, sosial şəbəkələrdə milli zəmində fəaliyyət göstərmək və s. var.‎

Qeyd edək ki, məhkəmə Camal ‎Musəvinejadın sosial mediadakı fəaliyyətlərinə və ‎şəxsi ‎kompüterində saxlanılan materiallarına, o cümlədən, Azərbaycan bayrağını öpərkən çəkilən ‎bir ‎fotosuna əsaslanaraq həbs qərarı çıxarıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26