Azərbaycanlı fəal Əsgər Təbrizi saxlanılıb

İran rejimi azərbaycanlı fəallara qarşı təzyiqlərini davam etdirir.
İnterPosta.info GünAz TV-yə istinadla verdiyi xəbərə görə, milli-mədəni fəal Əsgər Təbrizi təhlükəsizlik qüvvələri tərəfindən Tehranda saxlanılıb.
Mayın 10-u günortadan sonra yaxalanan fəal naməlum istiqamətə aparılıb, onun harada saxlandığı hələlik məlum deyil.
Yaxalanarkən fəalın yanında bir neçə kitab olub, həmin kitablar təhlükəsizlik qüvvələri tərəfindən götürülüb.
Əsgər Təbrizinin hansı səbəbdən saxlandığı barədə heç bir məlumat yoxdur.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26