Prezident layihəni imzaladı: İki hakim işdən çıxarılır

Naxçıvan Ali Məhkəməsinin iki hakimi vəzifəsindən azad olunur.
İnterPosta.info xəbər verir ki, prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan layihədə Məhkəmə-Hüquq Şurasının təkliflərinin nəzərə alınaraq Polad Həsənovun və Qabil Məmmədovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi təklif edilir.
Dəyişiklik layihəsi Milli Məclisin dekabrın 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq./qaynarinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26