Interposta.Info

İlham Əliyev Qasım Əliyevi yeni vəzifəyə təyin etdi

Ölkə
 7-02-2018, 12:56     9 993

Milli Məclisin fevralın 13-də keçiriləcək plenar iclasında Qasım Vəli oğlu Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılacaq.

"XeberBiz" "Report”a istinafən xəbər verir ki, layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub.

Layihədə bildirilib ki, Qasım Əliyev öz ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri vəzifəsindən azad edilib.

Qasım Vəli oğlu Əliyevin vəzifəsinin dəyişdirilərək Naxçıvan Muxtar Respublikanın Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılması tövsiyə edilib.

Bu qərar imzalandığı gündən qüvvəyə minəcək.

Qeyd edək ki, Q.Əliyev 2008-ci ildən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri idi.

interposta.info
İlham Əliyev Qasım Əliyevi yeni vəzifəyə təyin etdi

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26