Interposta.Info

Azərbaycanın bir sıra məhkəmələrinə sədr təyinatları oldu (SİYAHI)

Ölkə
 21-12-2018, 20:05     10 661

Azərbaycanın bir sıra birinci instansiya məhkəmələrinə sədr təyinatları olub.

İnterPosta.info
xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Hicran Xasay oğlu Muradov Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin sədri, Natiq Mürsəl oğlu Əliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilib.

Sərəncamla aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələrinin sədrləri təyin ediliblər:

Əliyev Zamiq Xudaverdi oğlu - Babək Rayon Məhkəməsinin sədri

Məmmədov Mehrab Fərmayıl oğlu - Culfa Rayon Məhkəməsinin sədri

Əhmədov Zülfüqar Əziz oğlu - Kəngərli Rayon Məhkəməsinin sədri

Haqverdiyev Tural Ziyat oğlu - Ordubad Rayon Məhkəməsinin sədri

Zülfüqarov Hüseyn Nadir oğlu - Sədərək Rayon Məhkəməsinin sədri

Əliyev Mehdi Ədalət oğlu - Şərur Rayon Məhkəməsinin sədri

Aşağıdakı şəxslər Bakı şəhərinin rayon məhkəmələrinin sədrləri təyin ediliblər:

Tağıyev Nazim Hüsü oğlu - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri

Əliyev Kəramət Fətəli oğlu - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri

Aşağıdakı şəxslər rayon (şəhər) məhkəmələrinin sədrləri təyin ediliblər:

Əliyev Rəfayil Əfraddin oğlu - Biləsuvar Rayon Məhkəməsinin sədri

Kazımov Marif Sabir oğlu - Gədəbəy Rayon Məhkəməsinin sədri

Əliyev Abbas Baba oğlu - Qəbələ Rayon Məhkəməsinin sədri

Süleymanov Kamran Şakir oğlu - Oğuz Rayon Məhkəməsinin sədri

Məmmədov Elbrus Hacıbala oğlu - Zaqatala Rayon Məhkəməsinin sədri

İmanova Gülsarə Kərimovna - Zəngilan Rayon Məhkəməsinin sədri

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26