Interposta.Info

Sinif yoldaşını döyən 10 yaşlı qıza inanılmaz cəza - 15 milyon insanın izlədiyi görüntülərə siz də baxın

Ölkə
 7-12-2018, 23:44     405

Bir ata 10 yaşlı qızını sərt şəkildə cəzalandırıb. Hadisə Amerikanın Ohayo ştatında baş verib. Bu hadisə ABŞ-da ciddi ictimai müzakirələrə səbəb olub.

Ailəsi ilə birlikdə yaşayan Matt Cox 10 yaşlı qızını məktəbdə digər şagirdləri təhqir etdiyinə görə cəzalandırıb. Özü də necə? Ata şaxtalı bir gündə qızını 5 mil (1,609 km-ə bərabər uzunluq vahidi) piyada getməyə məcbur edib.

"Zoraklıq qəbuledilməzdir", deyən cənab Matt Cox qızının piyada gedişini öz avtomobilinin içərisindən videoya alıb. Facebook-a yüklənən video az müddət ərzində 15 milyon insan tərəfindən izlənilib. Əsasən valideynlər zorakılığa dair onlayın müzakirələrə başlayıb.

Cənab Cox şərhlərdə yer alan ittihamlara cavab olaraq bildirib ki, öz qərarını doğru sayır: "Mən yaxşı bilirəm ki, valideynlərin bir çoxu mənim etdiyimdən məmnun deyil və bu, yaxşıdır". "Sadəcə qızıma bir dərs vermək istədim, istədim ki, o, zoraklığın pis bir şey olduğunu anlasın", ata deyib.

Cəza alan 10 yaşlı qız da yerli mediaya bildirib ki, ondan güclü və yaşlı şagirdlər də ona qarşı xoşagəlməz hərəkətlər edib.

Videonun altındakı 63 min nəfərin şərhi var. Bir çoxları isə Facebook-da belə bir video-görüntünün yayılmasını pisləyib.

İnterPosta.info



musavat.com

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26