Interposta.Info

Amerikanın Ohayo ştatında məktəbdə atışma baş verib

Dünya
 8-09-2017, 21:50     10 432

Amerikanın polis qüvvələri Ohayo ştatının Kolambus şəhərində orta məktəbdə baş vermiş atışma barədə məlumat yayıb.

AZƏRTAC AP-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 08:30 baş verib. Məktəb ərazisində atışma hadisəsi barədə polis şöbəsinə məlumat daxil olub. Məktəbdə fövqəladə hal elan olunub.

Amerika xüsusi polis dəstələri şübhəli şəxsi yaxalayıb və silahı ondan alıblar. Bu barədə yerli polisin “Twitter” hesablarında məlumat yerləşdirilib. İlkin məlumata əsasən, hadisə nəticəsində heç kim zərər görməyib.

Hazırda hadisənin səbəblərini araşdırılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26