Interposta.Info

Qardaşı qızını 5-ci mərtəbədən yerə atdı...- VİDEO

Ölkə
 22-11-2018, 18:30     10 448

Hadisə Türkiyənin Kırıkkale adlı bölgəsində baş verib. Əqli geriliyi olan qadın qardaşının qızını yaşadıqları evin balkonundan yerə atıb.

Musavat.com xəbər verir ki, 2 yaşlı Zümra İşıq ağır bədən xəsarəti alıb. 5-ci mərtəbədən düşərkən betona çırpılması nəticəsində bədənin müxtəlif hissələrində sınıqlar olsa da, həkimlərin səyi nəticəsində vəziyyəti sürətlə yaxşılaşır.

Zümranın atası Murad İşıq yaşadığı sevinci bu sözlərlə ifadə edib: "Tanrıya sonsuz təşəkkürümü bildirirəm. Biz qızımın əzmi sayəsində yenidən xoşbəxtliyimizə qovuşduq. Həkimlərimizə də çox təşəkkür edirəm. İnsanlara isə övladlarını daim nəzarətdə saxlamalarını tövsiyyə edərdim".

Qardaşı qızını 5-ci mərtəbədən yerə atdı...- VİDEO


Hadisəni törədən 20 yaşlı S.E isə İstanbul Bakırköy Ruh və Sinir xəstəlikləri dispanserində müalicə almağa göndərilib.

Bacısının da tezliklər sağalıb ailəsinə dönməsini arzulayan Murad İşıq: "biz əminik ki, bacım bunu qəsdən etməyib. Və indi ən böyük arzum bacımın tezliklə sağalıb yanımıza dönməsidir" –deyə bildirdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26