Qadın ölü hesab etdiyi qızını 69 il sonra tapıb-

ABŞ-da qadın "ölü" hesab etdiyi qızına onilliklər sonra qovuşub.
Hadisə Floridada baş verib.
Ştatın 88 yaşlı sakini Jenevyeva Purinton ölmüş zənn etdiyi qızını 69 il sonra tapıb. Məlumata görə, 69 il əvvəl həkimlər hansısa səbəbdən ana olan qadına körpəsinin öldü doğulduğunu bildiriblər. Bu səbəbdən uşaq başqa ailəyə verilib. Lakin o, böyüyüb və həmişə öz anasını tapmağı arzu edib. DNT testi və müasir texnologiya artıq böyümüş qadına öz arzusunu həyata keçirməyə - yenidən anasına qovuşmağa kömək edib.
Ana və övladı görüşərkən göz yaşlarını saxlaya bilməyiblər.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26