Cənubi Koreyada futbolçu oyun zamanı yıxılaraq, boynunu qırıb -
Cənubi Koreyada yüksək liqaya vəsiqə uğrunda "Kvancu" və "Tecon Sitizen" komandaları arasında keçirilmiş oyun zamanı xoşagəlməz hadisə baş verib.
"Kvancu"nun müdafiəçisi Li Sın-Mo top uğrunda hava mübarizəsi zamanı yerə uğursuz düşüb. Nəticədə onun boynu qırılıb. Huşunu itirən futbolçu bir müddət nəfəs ala bilməyib.
Həkimlərin ilkin yardımından sonra Sın-Mo xəstəxanaya çatdırılıb və orada ayılıb. Oyun isə "Tecon Sitizen"in qələbəsi ilə yekunlaşıb - 1:0.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

