Interposta.Info

Argentinada oyun zamanı qadın futbolçular arasında kütləvi dava olub-

İdman
 14-08-2018, 08:08     10 390

Argentinada qadınlardan ibarət "Universitario" və "Libertad" komandaları arasında keçirilən oyun kütləvi dava ilə başa çatıb.

“Report” xəbər verir ki, münaqişəyə "Libertad"ın baş məşqçisinin hakimin penalti qərarı ilə razılaşmaması səbəb olub.

Bu zaman rəqib baş məşqçinin hərəkətləri "Universitario" futbolçularından birini qəzəbləndirib və o, məşqçinin üstünə qışqırmağa başlayıb. "Libertad"ın futbolçu qadınları isə öz növbələrində məşqçilərinin tərəfini saxlayıblar və mübahisə əlbəyaxa davaya çevrilib.

Nəticədə 4 futbolçu bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Matç "Universitario"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26