Interposta.Info

Məşhur “Youtuber” restoranda ofisianta 10 min dollar bəxşiş verdi (VİDEO)

Ölkə
 26-10-2018, 20:18     10 347

Mister Bist adlı "Youtuber” restoranda işləyən tələbəyə külli miqdarda bəxşiş verib.

"İnterPosta" "Ölkə.Az”-a istinadla xəbər verir ki, 8 milyondan çox izləyicisi olan gənc 2 stəkan su gətirən ofisianta 10 min dollar bəxşiş və üzərində "Ləzzətli su üçün təşəkkürlər” yazısı olan kağız qoyub.

Hadisə Şimali Karolina ştatının Qrinvil şəhərində baş verib. "Sup Dog” restoranında işləyən Alayna Kaster xidmət etdiyi masaya buraxılan bəxşişi görəndə gözlərinə inanmayıb. 2 stəkan su verdiyi masada 10 min dollar bəxşiş var idi.

"Əvvəlcə inanmadım. Pulu götürdüm, yüzlükdən ibarət dəstə idi. Titrəyirdim. Birinin zarafat etdiyini düşünmüşdüm”, - deyə ofisiant bildirib.

Qeyd edək ki, Mister Bist bir müddət əvvəl də evi olmayan şəxsə 30 min dollar pul bağışlamışdı.

İnterPosta.info

[flash=425,264]https://qaynar.tv/embed/21475?id=0[/flash]

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26