Interposta.Info

Azərbaycanlı milyarder

Müxtəlif
 18-08-2017, 19:05     10 492

Rusiyanın Azərbaycanlı iş adamı, 62 yaşlı milyarder Fərhad Əhmədov ailəsi ilə birgə Türkiyədə istirahət edir.

Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, milyarderin dəbdəbəli tətili türkiyəli həmkarlarımızın diqqətindən yayınmayıb.

Sayt yazır ki, F.Əhmədovun Türkiyə sahillərinə gəldiyi bir neçə milyonluq gəmisində hətta raket hücumundan müdafiə sistemi belə var.

Fərhad Əhmədov xanımı Anna Əhmədova və üç övladı ilə birlikdə, 115 metrlik üzən sarayı - “Luna” adlı yaxtası ilə 5 gün əvvəl Bodruma gəlib. Yaxta 320 milyon dollar dəyərindədir. Onlar Bodrumun Küdür yarımadasında dincəlir.

Ötən gün Göltürkbüklü məhəlləsində sahilə çıxan F. Əhmədov xanımı ilə Bodrumu gəzib, bol-bol alış-veriş edib. Milta Marinada yerləşən lüks mağazalardan xanımı və uşaqları üçün 1700 avroluq alış-veriş edən iş adamı mağazaya 100 avro bəxşiş qoyub.

Axşam isə Torba sahilindəki bir restoranda xanımı və uşaqları ilə birlikdə balıq restoranında yemək yeyib.
6 nəfərlik masa üçün 350 avro hesab ödəyən F.Əhmədov üç ofisiantın hərəsinə 50 avro bəxşiş verib.

Bu gün isə dənizi gəzən milyarder DHA xəbər agentliyi tərəfindən görüntülənib. Yaxtanı daha yaxından görmək istəyən gəmi və qayıqlara qadağa qoyulmayıb.

Təkbaşçına dənizə tullanan milyarder üzdükdən sonra yaxtasında ailəsi ilə birgə söhbət edib, şəkil çəkdirərək günəşləniblər. Milyarder və ailəsinin daha üç gün burda qalacağı deyilir.

Bildirək ki, rus milyarder F.Əhmədov “Luna” adlı yaxtasını bu ilin əvvəlində Çelsi futbol komandasının rəhbəri, rus milyarder Roman Abramoviçdən alıb.

Üzərində hovuzu, helikopter pisti, mini dənizaltı, 6 sürət gəmisi, güllə keçirməz pəncərələri və hər cür raket hücumuna qarşı müdafiə sistemi olan dəmir gövdəli “Luna”nın üzərində biri qapalı, biri açıq olmaqla iki hovuzu var.

Super lüks yaxtada ümumilikdə 50 işçi var. Onlardan 30-u xidməti işçidir, 20-si isə yaxtanın mühafizəsini təşkil edir.

interposta.info
Azərbaycanlı milyarder
Azərbaycanlı milyarder
Azərbaycanlı milyarder Azərbaycanlı milyarder

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26