Azərbaycana nə qədər elektriklə işləyən avtomobil gətirilib? (STATİSTİKA)
İqtisadçı Rövşən Ağayev ölkəyə idxal olunan elektrik və hibrid avtomobillərlə açıqlanan statistik rəqəmləri şərh edib.
"İnterPosta"xəbər verir ki, ekspert ötən ilin yanvarında ölkəyə 7 elektriklə işləyən avtomobil gətirildiyini deyib:
İnterPosta.info
"Ötən ilin yanvarında ölkəyə hər birinin dəyəri orta hesabla 11.5 min dollar olan 7 ədəd elektriklə işləyən, hər birinin dəyəri orta hesabla 5.3 min dollar olan 659 ədəd hibrid avtomobil idxal edilmişdi. Bu ilin yanvarında hər birinin dəyəri orta hesabla 129.5 min dollar olan 2 ədəd elektriklə işləyən, hər birinin dəyəri orta hesabla 5 min dollar olan 459 ədəd hibrid avtomobil idxal edilmişdi.
Ay ərzində daxili yanma mühərrikilə işləyən minik avtomobillərinin orta idxal dəyəri və sayı belə olub:
2020-ci ilin yanvarı - 4901 ədəd və hər birinin orta idxal dəyəri 10.5 min dollar
2021-ci ilin yanvarı - 3779 ədəd və hər birinin orta idxal dəyəri 10.8 min dollar
Minik avtomobillərinin aylıq idxal həcmi 24%, o cümlədən daxili yanma mühərrikli minik avtomobillərinin aylıq idxal həcmi 23% azalıb.
Amma yük maşınlarının idxalında 26% artım var. Çox güman bu artım ölkədə genişmiqyaslı tikinti-bərpa işlərilə bağlıdır".
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26