Bu il buğda idxalı azalıb - RƏSMİ

Cari ilin 8 ayında ölkəyə 688,7 min ton buğda idxal edilib.
"İnterPosta" Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, hesabat dövründə idxal edilən buğdanın dəyəri 147,2 milyon ABŞ dolları olub.
Xatırladaq ki, keçən ilin yanvar-avqust aylarında ölkəyə 186,2 milyon dollarlıq 852,8 min ton buğda idxal edilib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26