Interposta.Info

Nyutonun qorxunc proqnozu – “İsa gələcək, dünya bitəcək”

Ölkə
 1-10-2018, 17:25     10 424

“İsanın 2-ci dəfə gəlişi ilə 2060-cı ildə dünya dağılacaq”. Bu, qorxunc proqnozun böyük alim İsaak Nyutona aid olduğu bildiirlir. 17-ci əsrin dünya şöhrətli alimi bu proqnozu “Cehovah Sanktus Unus” adı altında verib.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Yerin cazibə qüvvəsini kəşf edən İsaak Nyutonun proqnozuna görə, İsa peyğəmbərin ikinci dəfə dünyaya gəlişi ilə qiyamət baş verəcək. Bu hadisənin təxminən 40 il sonra yəni 2060-cı ildə baş tutacağı nəzərdə tutulur.

1643-cü ildə dünyaya gələn Nyuton Allaha inanan adam olub və bütün həyatı boyu Allahın varlığı və din onun maraq dairəsində durub. O, bütün din haqqında yazılarını İncil kitabı əsasında oxuduqlarına görə yazıb.

Lakin yeni araşdırmalara görə, Nyuton Cehovah Sanktus Unus adı altında 2060-cı ildə Tanrının kralının yenidən dünyaya gələcəyini və dünyanın sonlanacağını qeyd edib. “Qiyamət sonra da baş verə bilər, lakin mən tezliklə dünyanın sonlanacağını düşünmürəm”- Nyuton yazıb. Bu barədə yazan Florian Freysetter qeyd edib ki, Nyuton gələcək hadisələrin Tanrı tərəfindən əmr edildiyinə və peyğəmbər dövrlərinin olduğuna inanan olub.

2018-ci ilin yanvar ayında “Atom alimləri bülleteni” qiyamət saatını gecə yarısına çəkiblər və facənin düşünüldüyündən də tez olacağını qeyd ediblər. 2017-ci ildəki saata görə bu 2 dəqiqə 30 saniyə çəkilərək gecə yarısına daha yaxın olub. Dünyanın dağılacağına səbəb olaraq nüvə müharibəsi, iqlim dəyişikliyi və siyasi çəkişmələr göstərilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26