Interposta.Info

Gürcüstanda tədbirdə iştirak edən azərbaycanlı qız otel otağında ölü tapılıb

Ölkə
 27-09-2018, 22:24     10 539

Gürcüstanın Bakuriani kurortunda yerləşən hotellərin birində 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı ölüb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, 21 yaşlı Zeynəb Vəlizadə hoteldə mədəniyyətlə bağlı keçirilən beynəlxalq tədbirdə iştirak edib.

Şahidlərin sözlərinə görə, gənc qız özünü pis hiss edib və daha sonra hotel otağında meyiti aşkar olunub.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi üzrə cinayət işi açıb. Z.Vəlizadənin meyiti ölüm səbəbinin müəyyən olunması üçün ekspertizaya göndərilib.

Azərbaycanın Gürcüstandakı səfirliyi Z.Vəlizadənin ailəsi ilə əlaqə saxlayıb və cənazənin Vətənə çatdırılması istiqamətində işlər həyata keçirir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26