Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı
Ötən gün Sumqayıt şəhərində polis əməkdaşının meyitinin tapılması faktı ilə bağı cinayət işi başlanıb.
İnterPosta.info APA-ya istinadən xəbər verir ki, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı, 1995-ci il təvəllüdlü Rəhman Hüseynlinin xidməti otağında meyiti tapılıb. Onun odlu silahdan açılan atəş nəticəsində öldüyü müəyyənləşib. Fakt üzrə Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26