Interposta.Info

“Azpetrol”un yaxınlığında polis əməkdaşları bıçaqlandı

Gündəm
 29-12-2021, 15:24     751

Sumqayıt şəhərində "Azpetrol”un yaxınlığında polis əməkdaşları bıçaqlanıb.

Bu barədə "İnterPosta"ya Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dekabrın 28-i saat 20 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən "Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşlarına xəsarətlər yetirilərək zor tətbiq olunması ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, paytaxt sakini Ağa Əzimov qeyd edilən yanacaqdoldurma məntəqəsinin yaxınlığında əməliyyat tapşırığına əsasən həmin vaxt xidməti vəzifələrini icra edən Sumqayıt ŞPİ-nin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Xəqani Məmmədov və kiçik inspektoru Orxan Baxşəliyevə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağa Əzimov saxlanılıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Ağa Əzimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26