Interposta.Info

Azərbaycanlıların qarşısı belə alınır - Gizli siyasət

Ölkə
 24-09-2018, 08:18     10 331

Milli-mədəni fəal, yazar və araşdırmaçı Beytullah Bozorqun Güney Azərbaycanda ana dilində təhsil problemi ilə bağlı yazısını təqdim edir:

Faşizm düşüncəli insanlar elə hesab edir ki, hakimiyyətdə qalmaq üçün vahid bir millət və dil gərəkdir. Bu siyasət təkcə başqa dili məcbur qəbul etdirməklə kifayətlənmir, həm də başqa millətlərin dil və ləhcəsini təhqir etməklə onları alçaldır.

Təəssüf ki, Güney Azərbaycan xalqının bir qismi bu alçaldıcı siyasətin nəticəsində öz kimliklərindən artıq beziblər. İranda yaşayan azərbaycanlıların təbii haqlarından məhrum qalmalarının əsas səbəbi istismar altında yaşamalarıdır. Onlar elə hesab edir ki, millətlərin bu cür haqq və hüquqlarına çatması ölkənin ərazi bütövlüyünə xələl gətirir.

Ana dilində təhsilin yasaqlanması savadsızlığın böyük səbəblərindən sayılır. Bir şagird başqa dildə yüksək uğur qazanıbsa, demək, o, öz ana dilində təhsil alsaydı, daha üstün uğur əldə edə bilərdi.

Biz ana dilində təhsillə bağlı istəyimizə çatmaq üçün aksiyaları çoxaltmalıyıq. Dünyanın mötəbər təşkilatlarından yardım istəyib, basqı altında olduğumuzu bildirməliyik. Ölkə daxilində yaşayan, özünü türk hesab edən hər bir vətəndaş ana dili yönündə etirazlarını davam etdirməlidir. Son illərdə ortaya çıxmış iqtisadi gərginliklər və çətinliklər ana dilində təhsil almaq məsələsindən də təsirli olub.

Güney Azərbaycan xalqı inkişafdan geri saxlanılır. Xalqımızın önəmli problemlərindən biri də iqtisadi çətinliklər və gündəlik ehtiyaclardır. Unutmayaq ki, ümidini itirmiş bir xalq tarixinə və dilinə yetərincə sahib çıxa bilməz./kult.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26