Interposta.Info

Azərbaycanda milli azlıqlara mənsub neçə şagird öz ana dilini öyrənir?

Müxtəlif
 20-05-2021, 12:03     638

"Azərbaycanda ümumilikdə milli azlıqlara mənsub 29942 şagird öz ana dilini öyrənir”.

Bunu təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, ölkədə azsaylı xalqların dillərinin öyrənilməsi təmin olunur:

"Belə ki, ölkə üzrə bir sıra bölgələrin ümumtəhsil məktəblərində ləzgi, talış, ivrit, avar, saxur, udin, kürd, xınalıq dilləri tədris olunur. Ləzgi dili 95, talış dili 254, avar dili 19, saxur dili 3, udin dili 3, kürd, xınalıq və ivrit dili isə hərəsi 1 məktəbdə tədris edilir”.

Kamran Əsədov qeyd edib ki, ölkədə 1 503 754 şagird dövlət dilində - Azərbaycan dilində təhsil alır:

"4073 (91,96%) məktəbdə tədris yalnız Azərbaycan, 17 (0,38%) məktəbdə rus, 6 (0,14%) məktəbdə gürcü dillərində aparılır. Digər dillərdə (ingilis, türk, fransız) təhsil alan şagirdlər 0,2 faiz təşkil edir. 305 (7%) məktəbdə tədris Azərbaycan-rus, 12 (0,7%) məktəbdə Azərbaycan-rus-ingilis, 3 (0,07%) məktəbdə Azərbaycan-gürcü, 1 (0,02%) məktəbdə Azərbaycan-rus-gürcü dilləri üzrə aparılır”./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26