Interposta.Info

Güneyli aparıcıya senzura:

Ölkə
 6-09-2018, 19:49     10 381

Şərqi Azərbaycan Teleradio Şirkətinin aparıcısı Məhəmməd Fərşbaf İnstaqram səhifəsində bir paylaşım edərək, senzura məmurunun ona Azərbaycana salam verməklə bağlı təhqiramiz şəkildə xəbərdarlıq etdiyini qeyd edib.

Qaynarinfo Günaz TV-yə iostinadla xəbər verir ki, o, baş verən hadisə ilə bağlı bunları yazıb:

"Bir gecə açıq havada çəkilən bir verilişdə monitorda özümü və arxamdakı Təbrizin parıltılı işıqlarını gördüm. Vəcdə gəlib və dedim: Arxamda Təbriz, üzbəüzümdə isə böyük Azərbaycanımıza salam deyirəm. Demək istədim ki, Şərqi Azərbaycan əhalisi məni televiziyadan izlədiyi üçün, mən onların önündəyəm və Təbriz mənim arxa tərəfimdə yerləşir.

Bir gün sonra senzura məmuru bir mesaj verdi: "Xəritəyə görə, Təbriz arxanda olanda, Azərbaycan Respublikası sənin üzbəüzündə yer tutur. Sən səhv edirsən (bu söz qələt eləyirsən mənasında işlədilib) oraya salam göndərirsən.”

Mən buna cavab olaraq dedim ki, "Xəritə bir kağızdır və şərti olaraq yuxarı tərəf şimal adlanır. Əslində mən üzü şərqə tərəf dayanmışdım. Daxili şəhərlərdən Tehran və Məşhəd, xarici ölkələrdən isə Əfqanıstan mənim üzbəüzümdə idi.”

O bunun cavabında dedi: "Mən bu sözlərlə işim yoxdur. Sabahdan Azərbaycana salam versən aramız dəyəcək”- deyə aparıcı İnstaqram səhifəsində yazıb.

Senzura məmurları əksər halda Ettelaat İdarəsi və İslam İnqilabı Keşikçilər Korpusunun ("Sepah”) əlaltılarından seçilir. Panfarsizm məktəbinə qulluq edən senzuraçılar aparıcılara təzyiq göstərərək qeyri-fars millətləri, xüsusi ilə də Azərbaycan türklərinin milli kimliyini təhrif və zəiflətməyə çalışırlar.

interposta.info
Güneyli aparıcıya senzura:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26