Interposta.Info

"Səni çox sevirik ey əziz Təbriz və Traxtor!"

Ölkə
 3-03-2019, 13:06     10 503


Ah gözəl Təbriz! Sənin hər zaman VƏTƏNƏ, AZƏRBAYCANA pislik edənlərə, düşmən baxanlara, düşmənlik edənlərə, səmimiyyətsizlərə verdiyin cavablarla fəxr etmişik. Bu cavabın kimi... İşğalçı Ermənistanın baş naziri Paşinyanı Xocalı soyqırımının ildönümü günlərində İranda, rəsmi Tehranda isti görüşlərlə qarşılayanlara, İslam birliyindən dəm vurub 1 milyon azərbaycanlının evinə dönməsinə imkan verməyən Ermənistan rəsmiləri ilə İranda qucaqlaşanlara, dostluk nümayiş etdirənlərə, qucaq açanlara çox gözəl cavab verdin Təbriz. Səni çox sevirik ey əziz Təbriz və Traxtor! Sən İranda "Qarabağ ermənilərindir" kimi şüar açan ermənilərə və onun önündə selfi çəkdirib paylaşan Paşinyana da gözəl cavab verdin. Qarabağ Azərbaycan torpağıdır və onu mütləq azad edəcəyik, bu məsələdə Bakıdan Təbrizə bütün azərbaycanlılar birlik içindədir deyərək! Var ol Təbriz! İnşallah Qarabağı bir Millət olaraq mütləq azad edəcəyik.
Qənirə Paşayeva Millət vəkili

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26