Interposta.Info

Biznesmen azərbaycanlı sevgilisini belə öldürüb (VİDEO)

Ölkə
 28-07-2018, 12:40     10 557

Konyada Saiba Yükselir adlı 3 uşaq anası olan azərbaycanlı qadının biznemen sevgilisi tərəfindən tapança ilə öldürülməsinin görüntüləri üzə çıxıb.

Görüntülərdə onun yolun qarşı tərəfində dayanan Rahim A.-ya aid avtomobildən atılması, avtomobilin hadisə yerindən uzaqlaşması və ətrafdakı insanların qadının köməyinə gəlməsi öz əksini tapıb.

Cinayətkarın axtarışları davam etdirilir.

Qeyd edək ki, 8 güllə yarası alan qadın xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmamışdı.

Xatırladaq ki, bir neçə gün əvvəl Saibə Rahimin iş yerinə gəlib və sevgilisindən arvadını boşamağı, onunla evlənməyi tələb edib. Bu zaman tərəflər arasında mübahisə düşüb və hadisə yerinə polis çağırılıb. Cütlük bir-birindən şikayətçi olmadığını bildirib.

Rahim A. 2001-ci ildə iki nəfəri öldürmüş və 12 il həbsxana həyatı yaşadıqdan sonra şərti azadlığa çıxmışdı. Rahim A.nın Konyada avtomobil salonlarından birinin sahibi olduğu da bildirilir.

interposta.info hadisənin videosunu təqdim edir:


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26