Interposta.Info

Azərbaycanlı "Instagram" söhbətinə görə Türkiyədə qətl törətdi

Gündəm
 21-12-2021, 09:23     337

Türkiyənin İstanbul şəhərində azərbaycanlı Nəbi B. adlı şəxs mübahisə zəminində qətl törədib.

"İnterPosta" xəbər verir ki, hadisə dekabrın 16-da qeydə alınıb.

Belə ki, Yasin Semih Demirok adlı şəxs sevgilisinin instaqram hesabında Nəbinin adının axtarış bölməsində olduğunu görüb. Sevgilisini qısqanan Yasin, bundan sonra Nəbi ilə özü yazışmaya başlayıb. Nəticədə tərəflər parkda görüşüblər. Bu zaman Yasin iki dostu ilə gəlib.

Mübahisə anında Türkiyə vətəndaşı dostlarından aralaşmasını istəyib. Mübahisənin davamında isə Nəbi silahla Yasini sinəsindən vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Nəbi isə hadisə yerindən qaçıb.

Məlumata görə, Azərbaycan vətəndaşı Türkiyədə qadın bərbəri kimi fəaliyyət göstərirmiş. Polis hadisə yerindən qaçan Nəbini axtarır./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26