Interposta.Info

Qulini söyən avtoritet və arvadı belə güllələndi -

Ölkə
 5-04-2018, 10:30     10 632

Martın 30-da Fransanın Tuluza şəhərində güllələnən Rahim Namazov və arvadının güllələnmə anının videosu yayılıb.

Axar.az xəbər verir ki, Bax TV-nin yaydığı videoda maşına yaxınlaşan maskalı şəxsin onları güllələdiyi görünür.

Maskalı şəxs “Audi” markalı avtomobildən düşüb və digər maşında olan Rahim Namazov və həyat yoldaşına 7 güllə vuraraq, hadisə yerindən qaçıb.

Güllələnən R.Namazov artıq ayılıb və danışa bilir, vəziyyətinin kafi olduğu deyilir. Arvadı isə həmin gün xəstəxanada ölüb.

Hadisə ilə bağlı yerli prokurorluq orqanı araşdırma aparır.

R.Namazov Azərbaycanda məhkumluq həyatı yaşayıb, o cümlədən dələduzluğa görə 1 il icbari həbs cəzası alıb. Onun Azərbaycanda müxtəlif şəxslərdən pul alaraq onları aldatdığı da bildirilir.

Həmçinin R.Namazovun kriminal avtoritetlərlə əlaqələrinin olduğu bildirilir. O, kriminal aləmdə Opasnı Roma və Rahim Şəkinski kimi də tanınırmış.

Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə R.Namazovun Nadir Səlifovu (Lotu Quli) ağır təhqir edən səs yazıları yayılmışdı. Bundan sonra isə R.Namazov açıqlama verərək yayılan səs yazısının ona aid olmadığını bildirmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26