Interposta.Info

Qulini söydü və güllələndi: avtoritet haqda şok fakt –

Ölkə
 30-03-2018, 17:02     10 707

Xəbər verdiyimiz kimi, bu gün Fransanın Tuluza şəhərində yaşayan azərbaycanlı Rahim Namazov (Şəkinski) güllələnib.

"XeberBiz" xəbər verir ki, Minval.info-nun məlumatına görə, Fransa mediası kriminal avtoriteti jurnalist kimi qələmə verib. Buna səbəb isə Rəhim Şəkinskinin bir neçə il öncə Fransadan jurnalist kimi mühacir statusu almasıdır. Buna görə də Fransa mediası bu hadisəni “azərbaycanlı jurnalist güllələndi” başlığı ilə yayımlayıb.

Jurnalist Elçin Əlioğlu da bu məsələylə toxunub və həmin şəxsin jurnalist olmadığını deyib: “Fransada Rahim Namazov adlı “siyasi mühacir”ə, “jurnalist”ə sui-qəsd olduğu, ona və həyat yoldaşına atəş açıldığı yazılır. Müxalifət düşərgəsindəki soydaşlarımız bunu geniş müzakirə edirlər. Cənablar və xanımlar! Rahim Tofiq oğlu Namazov heç vaxt jurnalist olmayıb. Bir müddət “Əlillər” qəzetinin vəsiqəsini gəzdirmiş fırıldaqçı dələduz və fəraridir. Sonra Fransaya qaçmışdı, orada sığınacaq almaq üçün kimlərə söymədi, kimləri suçlamadı ki! Son üç həftədi Lotu Quliyə, yəni Nadir Səlifova, Roma Şəkinski və Opasnı Romanı söyürdü. Həddən artıq ağır söyüşlərin yer aldığı videoları Yutubda da yayırdı. Bu adam özünü lotu sayırdı. Onun nə siyasi mücahirlərə, nə də jurnalistlərə aidiyyəti var”.

Qeyd edək ki, Azərbaycandan Avropaya bu yolla gedən şəxslərin sayı çoxdur. Onlar jurnalist, siyasətçi, diplomat adı ilə saxta sənədlər düzəldir və bu yolla Avropadan sığınacaq alırlar.

***

“Əlillər” qəzetin sabiq əməkdaşı, jurnalist Rey Kərimoğlu Yeniçağ.az-a bildirib ki, o, jurnalist yox, qəzetsatan olub:

“Mən 1997-ci ildən “Əlillər” qəzetinin baş redaktor müavini olmuşam. Baş redaktor da Müştəba İsmayıloğlu idi. Artıq vəfat edib. O vaxt Rahim Namazov jurnalist olmayıb. Sadəcə, Müştəba müəllim onu qəzetimizin bir hissəsini nəşriyyatdan götürüb, satmaq üçün tapmışdı. Yəni o adam jurnalist yox, qəzetin satıcısı olub. 2001-ci ildə Qarabağ əlillərinin etiraz aksiyasında Dərnəgüldə müəyyən qarışıqlıqlar oldu. Həmin vaxt o da kütlənin içərisinə qoşulmuşdu. Həmin ərəfədə polisə müqavimətə görə həbs olundu. 6 ay Bayılda “yatdı”. O vaxt rəhmətlik Heydər Əliyev onu əfv etdi. Tək o deyildi, tutulan çox idi. Onsuz da Rahim nə Qarabağ əlili idi, nə də döyüşçü… Bizə qəzeti satan lazım idi, baş redaktor da onu bu işə cəlb etmişdi. 2011-ci ildən sonra bir müddət yoxa çıxdı. Əlaqəmiz də olmadı. Bir də eşitdim ki, xaricdədir. Nə qəzetdə yazı yazıb, nə də araşdırma aparıb”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26