Interposta.Info

Yad kişilər qaçırmasın deyə özlərini bu hala salırlar - İNANILMAZ ADƏT - FOTOLAR

Ölkə
 27-07-2018, 15:34     10 486

İnsan bədənini eybəcərləşdirən təcrübələr əsasən inkişafdan qalmış qəbilələrdə mövcuddur. Müxtəlif tatular, çapıqlar, kəsiklər bu xalqların əsas atributları sayılır.

Publika.az xəbər verir ki, Hindistan ərazisində yerləşən Apatani qadınları burunlarının üstünə hər iki tərəfdən böyük deşiklər açdırır, alınlarına isə qəribə tatular döydürürlər.

Yad kişilər qaçırmasın deyə özlərini bu hala salırlar - İNANILMAZ ADƏT - FOTOLAR

Antropoloqların dediyinə görə bu qəbilənin kökü Tibetdən gəlir. Cəmi 26 min əhalisi olan Apatani xalqı olduqca sülhsevərdir. Əsasən əkinçilik və maldarlıqla məşğul olurlar. Onlar Günəş və Ay tanrısına səcdə edirlər.

Yad kişilər qaçırmasın deyə özlərini bu hala salırlar - İNANILMAZ ADƏT - FOTOLAR

Apatani qadınları tarixən öz gözəllikləri ilə fərqləniblər. Yad kişilər onları özləri ilə aparmasınlar deyə burunlarına böyük deşiklər açdırıb, içərisinə dairəvi dəmir taxıblar. Alınlarına isə fotolardan göründüyü kimi qəribə tatular döydürüblər.

1970-ci ildə Hindistan hakimiyyəti bu qəribə ayini yerinə yetirməyə qadağa qoydu. Buna baxmayaraq, yaşlı nəslin nümayəndələri hələ də belə əcaib halda yaşayırlar.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26