Interposta.Info

Bakıda universitetdə qəribə qadağa

Gündəm
 20-10-2018, 12:48     10 384

Azərbaycanın Odlar Yurdu Universitetində qəribə qadağa qüvvəyə minib.

"XeberBiz" a24.az-a istinadən xəbər verir ki, universitet rəhbərliyinin göstərişi ilə qüvvəyə minən qadağaya görə ali təhsil müəssisəsində xanım tələbələrə dikdaban ayaqqabı geyinmək yasaqlanıb.

Bununla əlaqədar olaraq, "Diqqət! Diqqət! Universitetin binasına dikdaban ayaqqabı ilə girmək qəti qadağandır” – deyə, universitet binasının foyesində məlumat da yerləşdirilib.

Ali təhsil müəssisəsinin bir qrup tələbəsinin verdiyi məlumata görə, bu qadağa bir aya yaxındır ki, qüvvəyə minib. Bu qadağa isə xanım tələbələrin etirazına səbəb olub.

Bakıda universitetdə qəribə qadağa

Məsələ ilə bağlı azedu.az Odlar Yurdu Universiteti ilə əlaqə yaradıb. Univerisitetin mətbuat katibi Günay İmanova bildirib ki, burda hər hansı qadağadan söhbət gedə bilməz:

"Biz tələbələr qadağa qoymamışıq. Sadəcə, dikdaban ayaqqabı ilə otaqların yanından keçəndə səslər avtomatik dərs prosesini pozur. Bu mənada, tələbələrə məlumat verilib. Məncə, tələbələr buna etiraz etməməlidir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26