Interposta.Info

Yalnız qadınların yaşadığı qəribə qəsəbə...

Ölkə
 24-02-2019, 10:49     10 439

Braziliyanın şərqində yerləşən Noiva do Kordeiro qəsəbəsində yalnız qadınlar yaşayır. Qəribə qəsəbədə hazırda 600-dən çox qadın var. Onların əksəriyyəti 35 yaşlarındadır. Bir qismi ərli olan qadınlar ərlərinə onlarla birlikdə yaşamağa icazə vermir, başqa yerdə yaşamaları ilə bağlı qarşılarına şərt qoyur. Hətta oğlan uşaqları 18 yaşına çatdıqda qəsəbədən uzaqlaşdırılır.

Məlumata görə, qəsəbə təxminən 1891-ci ildə yaradılıb. Burada ərli qadınlara yalnız həftədə bir dəfə ərlərini və övladlarını görməyə icazə verilir. Beləliklə qəsəbənin bütün işlərini qadınlar görürür, həyata keçirir.

Şayiələrə görə, bu qəribə qəsəbə 1891-ci ildə zorla evləndirildiyi üçün ərini tərk edən və buna görə katolik kilsəsi tərəfindən qovulan Mariya Senhorinha Lima tərəfindən yaradılıb. Lima qızı ilə birlikdə yaşadıqları kənddən qovulub, bu qəsəbəyə sığınıb. Sonralar qızı 16 yaşında bir din xadimi Anisio Pereyra ilə ailə qurub. Anisio qəsəbədə öz dinini yaradaraq, qadınlara musiqi dinləməyi, saç kəsdirməyi və digər məsələləri qadağan edib. 1995-ci ildə onun ölümündən sonra qadınlar bu qəsəbəyə kişilərin daxil olmasını qadağan edib. Həmçinin nikah və uşaqların xaç suyuna salınması mərasimlərinin kilsədə keçirilməsi ləğv olunub.

“Mirror” qəzetinə danışan qəsəbə sakini Rozalye Fernandes çox maraqlı açıqlamalar verib: “Qəlbimizdə Tanrı var, amma kilsəyə getmirik. Bir rahibin qarşısında evlənmərik və uşaqlarımızın xaç suyuna salınmasına ehtiyac yoxdur. Bütün bunlar kişilər tərəfindən qoyulan qaydalardır. Ümumiyyətlə qadınlar kişilər ilə müqayisədə daha yaxşı işlər görə bilir. Qəsəbəmiz kişilərdən uzaqda daha gözəl və originaldır”./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26