Interposta.Info

Bakıda bina qarşısında güclü yanğın: yanğınsöndürənlər yaxınlaşa bilmir

Ölkə
 26-06-2018, 21:44     10 407

Bakıda Köhnə Günəşli, Səməd bəy Mehmandarov, 68 ünvanında binanın qarşısındakı fərdi bağlarda yanğın başlayıb.

"XeberBiz" Trend-ə istinadən xəbər verir ki, əraziyə 2 yanğınsöndürən maşın cəlb olunub.

Həyətdə saxlanılan avtomobillər səbəbindən yanğınsöndürən maşınlar əraziyə yaxınlaşa bilmir.

Binanın 1-ci mərtəbəsi üçün təhlükə yaranıb.

Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26