Interposta.Info

ABŞ-ı idarə edən gizli dərnək -

Ölkə
 22-06-2018, 16:39     10 515

ABŞ-ın “The Wall Street Journal” qəzeti Vaşinqtonda qüdrətli siyasi fiqurları özündə cəmləşdirən gizli bir klub barədə yazıb.

Cenet Huk və Natali Endryuz imzalı məqalədə həmin klubun adı da açıqlanıb- "The Chowder and Marching Club”(Çauder ABŞ mətbəxinə məxsus yeməkdir-red.).
Müəlliflər Nümayəndələr palatasının həmin dərnəyə üzv olduğu bilinən deputatı İleana Ros-Lehtinendən bu barədə xəbər almaq istəyiblər.

“Mən hətta bilmirəm ki, siz nədən danışırsız”, - Lehtinen jurnalislərdən canını qurtarmaq istəyib.

O zaman Nümayəndələr palatasınn üzvünün yadına onun 2014-cü ildə Twitter-də başında aşpaz papağı və zolaqlı önlük, özü də “Chowder and Marching” emblemi ilə şəklini xatırladıblar. “Yəqin ki, bundan sonra məni boğmaq istəyiblər. Çünki klubun birinci qaydası belədir- “Chowder” haqqında heç yerdə danışmaq olmaz”, - Lehtinen etiraf edib.

ABŞ-ı idarə edən gizli dərnək -

"Chowder and Marching Club” Respublikaçılar partiyasının Nümayəndələr palatasandakı indiki və keçmiş üzvlərini birləşdirən dərnəkdir.

Bu klub artıq 70 ildir ki fəaliyyət göstərir və buraya ancaq dəvət sayəsində girmək mümkündür. Klubun üzvləri həftənin 3-c günü Vaşinqtonda, Kapitolidə (Konqresin simvolik adı-red.) yığışırlar. Hər il klub üzvləri üçün xüsusi banket təşkil olunur. Buraya onlar önlük və gülməli papaqlarla gəlməlidirlər.

Qəzet konfidensial müsahibələrlə klub üzvlərinin adətən Nümayəndələr palatasının iclaslarından öncə toplandığını öyrənə bilib. Burada onlar nahar edir, içir və partiyanın gələcək siyasi planlarını müzakirə edirlər.

Klubun adının hardan gəldiyini isə bilən yoxdur.

Bir o bəllidir ki, bəhs edilən dərnək 1949-cu ildə ABŞ Nümayəndələr palatasınn gənc üzvləri və gələcək iki prezidenti Riçard Nikson və Cerald Ford tərəfindən təsis olunub. Klubun tarixindən bəhs edənlər həmn vaxt onların müharibə veteranlarına təqaüdlərin verilməsinə qarşı birləşmək üçün belə bir qurum yaratdığını bildirirlər.

ABŞ-ı idarə edən gizli dərnək -

Qəzet yazır: “Klubun əsas məqsədi gənc qanunvericilərə müxtəlif əlaqələr qurmaq və müzakirələr aparmaq üçün meydan verməkdir. Siyasətçilər ideologiyadan asılı olmayaraq Nümayəndələr palatasının parlaq gələcək vəd edən cavan üzvlərini də buraya cəlb edirlər.

“Chowder”in ikinci dəyişməz qaydası isə burada üzvlüyün əbədiliyidir. Hətta Nümayəndələr palatasından Senata üzv olanlar və ya ştatlarda qubernator vəzifəsinə seçilənlər də klubun iclasına gəlirlər.

Məqalədə yazılana görə, klubda əsas söz sahibi ənənəvi mühafizəkarlar, Nümayəndələr palatasıının komitə sədrləri və güclü senatorlardır.

“Prezident Trampın dövründə bu kimi klublar respublikaçıların köhnə qvardiyasından ötrü bir növ sığınacaq rolunu oynayır. Bu tip insanlar siyasətə və dövlət idarəçiliyinə sevgi ilə bağlanan şəxslərdir. Hərçənd indi bu cür sevgi dəbdə deyil”, - klubun təcrübəli üzvlərindən biri müəlliflərə söyləyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26