Interposta.Info

Tpampı

Siyasət
 7-02-2017, 10:16     538

 Tpampı

İngiltərə Parlamenti üzvləri spiker Con Berkovun Tramp əleyhinə etdiyi çıxışı dəstəklədi

Musavat.com independent.uk - a istinadən xəbər verir ki, Nümayəndələr Palatasının iclasında Mühafizəkarlar Partıyasından olan spiker Berkov Trampı İngiltərəyə gerçəkləşdirəcəyi rəsmi ziyarət zaman; parlamentdə çıxış etməyə dəvət etməyəcək. O, Trampın "irqçi və cinsi ayrı-seçkilik salan" birisi olduğu vurğulayıb: "Mən Trampın miqrantlarla bağlı fərmanından öncə də Vestminister Zalında (Westminister Hall) çıxış etməsinə qarşı idim, fərmandan sonra isə buna qəti etiraz edirəm", deyə, spiker vurğulayıb.

bbc.com xəbər verir ki, onun bu çıxışı Parlamentin tənqidçilərə görə siyasi cəhətdən qərəzsiz yanaşma qaydalarına zidd hesab olunsa da, Nümayəndələr Palatasının digər üzvləri Leyboristlər və Milli Şotlandiya Partiyasının deputatları tərəfindən də dəstəklənib. Leyboristlər lideri Ceremi Korbin (Jeremy Corbyn) spikeri dəstəkləyərək bildirib ki, milyarderin çıxışını əngəlləmək lazımdır: "Biz ölkəmizin dəyərlərini qorumalıyıq. Trampın rəsmi səfəri irəliyə getməməlidir", deyə Ceremi əlavə edib.

Leyboristlərin keçmiş lideri Harriet Harman da dəstək verərək "Nümayəndələr üçün bu qürurverici andır. İrqçilik və cinsi ayrı--seçkilik burada qəbuledilməzdir", deyib.

Londonun müsəlman meri Sadiq Xan (Sadiq Khan) Palatada əvəz edən Allin-Xan (Allil Khan) da spikerin çıxışını "cəsarətli və cürətkar" adlandırıb.

ABŞ Prezidentini keçən ay (yanvar) Tereza Meyin (Teresa May) ABŞ-a səfəri zaman İngiltərəyə dəvət edib. Lakin Trampın mühacirlərlə bağlı fərmanından sonra ölkədə kütləvi etirazlar başlayıb və 1 milyondan daha çox şəxs petisiya imzalayaraq, onun Birləşmiş Krallığı gəlməsinə etirazlarını bildirdi. Petisiya və Trampın rəsmi səfəri bugun Parlamentdə müzakirə ediləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26