Interposta.Info

Rusiya hakeri ilə Respublikaçlar partiyasının funksioneri eyni əməldə yaxalanıb

Dünya
 27-05-2017, 18:35     447

“Əgər maraqlarınız üst-üstə düşərsə, siyasətdə heç bir qapını bağlamayın”
ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkiləri tarixin ən skandal hadisələri və şübhəli məqamları ilə yadda qaldı.

Bu günə qədər seçkilərin nəticələrinin ədalətli olmaması ilə bağlı şübhələr hələ də Tramp administrasiyasının üzərindən qalxmayıb. Yəqin ki, Trampın ən azı birinci dövrünün sonuna qədər bu diskussiyalar səngiməyəcək.

ABŞ mətbuatı isə hər gün məsələni qaşımaqda davam edərək əldə etdiyi yeni məlumatları ictimaiyyətin diqqətinə çatdırır.

Son xəbərə görə, Demokratlar partiyasının milli komitəsinin serverini qıran haker əldə etdiyi bütün xidməti sənədlərin surətini Respublikaçılar partiyasının Florida ştatında fəaliyyət göstərən Aaron Nevins adlı funksionerə göndəribmiş.

The Wall Street Journal qəzetindən Aleksandra Berzon və Rob Barrinin yazdığı xəbərə əsasən, Nevins böyük həvəslə həmin hakerlə əməkdaşlıq etməyə razılıq verib.

“Guccifer 2.0” qrupuna aid (bu qrupun Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) nəzarətində olduğu güman edilir-red.) hakerin Demokratlar partiyasının Nümayəndələr palatasının üzvlərinə yarıdm edən milli komitənin serverinə daxil olduğunu onların özlərindən gələ elektron poçtla öyrənən Nevins cavab olaraq belə yazıb: “Əlinizə nə keçirsə Floridaya göndərin”,- məqalədə yazılıb.

Cəmi 10 gün sonra Nevins ABŞ Demokratlar partiyasının Konqresə seçkilər üzrə komitəyə (DCCC) aid 2,5 Gb-lıq sənədlərin surətini alır. Aaaron Nevins onların bir hissəsini HelloFla.com bloqunda yayımlayır. Daha sonra haker Nevins tərəfindən analiz edilərək tərtib olunan sənədləri həmin vaxt Donlad Trampın yaxın müşaviri olan Rocer Stouna göndərib.

The Wall Street Journal tərəfindən HelloFla blogunun aparıcısı və DCCC-nin məlumatlarının əsas alıcısı və həm də yayımcısı olduğu ifşa edilən Aaron Nevins çarəni hadisəni inkar etməməkdə və hətta özünə haqq qazandırmaqda tapıb.

“Mən sadəcə yayı çəkib oxu qaranlığa atdım”, - Nevins qəzetə verdiyi müsahibədə özünü müdafiə etməyə çalışıb. O, Guccifer 2.0 adı altında gizlənən hakerdən daha çox material almaq üçün Dropbox-da xüsusi akkaunt da açıbmış.

Nevinsin sözlərinə görə, məlumatları oğurlayan haker əslində əlində nələrin olduğu barədə aydın təsəvvürə malik olmayıb.

Nevins haker hücumlarına görə müstəntiqlər tərəfindən dindirilmədiyini bildirib. O, həmin vaxt hakerlərin arxasında rusların dayandığını bilmədiyini söyləyib.

“Hətta işin arxasında rusların olması heç nəyi dəyişmir, çünki o dövrdə hakerlərin gündəmi ilə bizim gündəmimiz tam üst-üstə düşürdü”, - respublikaçı blogger söyləyərək üstəlik acıq da verib:
“Əgər maraqlarınız üst-üstə düşərsə, siyasətdə heç bir qapını bağlamayın”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26