Zəlzələ zamanı DƏHŞƏT! Təzyiqi yüksələn kişi infakt keçirib öldü –
Zaqatalada baş verən zəlzələ ilə bağlı rayonda gücləndirilmiş iş rejiminə keçilib, müraciətlər qeydə alınır, tikililərin qəzalılıq səviyyəsi müəyyənləşdirilir.
ARB TV xəbər verir ki, Yeraltı təkanlar yerli vaxtla saat 22:40-da qeydə alınıb, zəlzələ episentrdə 6, ətraf rayonlarda isə 3-5 bal gücündə hiss olunub.
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və aidiyyatı qurumların nümayəndələri hadisə yerindədir.
Sakin: “Çox qorxduq. Evdə tək idim. Səs səsə qarışdı, hələ özümüzə gəlməmişik. Evdə də qab-qacaq tökülüb yerə”.
Sakin: “Çox silkələndi. Qorxub çıqdıq həyətə. İndi də hamı qorxur evə girməyə”.
Daha bir sakin isə evində şüşələrin sındığını və divarda yaranan çatların gözlə göründüyünü də bildirdi.
Əliabad, Gözbarax, Yuxarı Tala, Yeni Suvagil, Lahıc kəndlərində evlərdə çatlar yaranıb. Zaqatala ilə sərhəddə yerləşən Qaxın Güllük kəndində də dağıntıların olduğu, evlərdəki çatların genişləndiyi bildirilir. Bundan başqa kiçik sahibkarlıqla məşğul olan şəxslərə də ziyan dəyib.
Fənura İsayeva – Qax sakini: “Hər şeyim düşüb tökülüb sınıb. Mağazanın divarları partlayıb”.
Zəlzələdən sonra insanlar arasında yaranan stress və qan təzyiqi səbəbindən Qax və Zaqatala Mərkəzi Rayon Xəstəxanalarının Təcili Yardım Şöbələrinə çoxlu sayda müraciətlər olub. Qax sakinləri 13 yaşlı Gülər Durmuşzadə və Vüsalə Musayeva zəlzələ baş verən an qaçmaq istəyərkən yıxılaraq ayağını sındırıb. 61 yaşlı Rafiq Kazımov isə qolundan xəsarət alıb.
Vəli İsayev – Həkim: “Zəlzələ ilə əlaqədar xəsarət almış 3 nəfər müraciət edib. Əsasən sınıqlarla müraciət daxil olub”.
Zaqatala rayonu Göyəm kənd sakini 63 yaşlı Soltan Qandaxov zəlzələ zamanı həyəcanlanaraq güclü stress keçirib. Stress nəticəsində qan təzyiqi yüksələn Soltan Qandaxov infakt keçirərək ölüb.
Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələdən sonra indiyədək 75 avterşok qeydə alınıb və bir müddət davam edəcəyi ehtimal edilir. Rayonda həyat öz axarı ilə davam edir, işıq, qaz və suyun verilməsində fasilələr yaranmayıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26