Interposta.Info

Zaqatalada 4 bal gücündə zəlzələ

Ölkə
 1-12-2019, 16:10     586

Bu gün yerli vaxtla saat 14:06 radələrində Zaqatala stansiyasından 8 km qərbdə Zaqatala ərazisində 3,9 maqnitudalı zəlzələ qeydə alınıb.

"İnterPosta.info" Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.

14.23

Bu gün saat 14.05-də Zaqatalada zəlzələ baş verib.

"İnterPosta.info" APA-ya istinadən xəbər verir ki, zəlzələ 3 bal gücündə hiss edilib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26