Interposta.Info

Ali Məhkəmə "Azadlıq" radisou və digər saytların bloklanması barədə kassasiya şikayətini təmin etməyib [Video]

Ölkə
 4-06-2018, 14:03     10 329

İyunun 4-də Ali Məhkəmə hakim Mehparə Əhmədovanın sədrliyi ilə "Azadlıq" radiosunun azadliq.org, "Azadlıq" qəzetinin azadliq.info saytları, eləcə də TuranTV və "Azərbaycan saatı" televiziya proqramının internet səhifələrinin bloklanması ilə bağlı kassasiya şikayətini təmin etməyib. Məhkəmə Bakı Apellyasiya Məhkməsinin qərarını dəyişmədən saxlayıb.

2017-ci il martın sonundan azadlıq.org daxil olmaqla, ölkədə bir neçə müstəqil və müxalifyönümlü saytlara giriş əngəllənib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əvvəlcə bundan xəbərsiz olduğunu bildirsə də, sonradan məhkəmədə üzə çıxıb ki, Baş Prokurorluğun müraciəti əsasında belə bir addım atılıb. 2017-ci il mayın 12-də Səbael Rayon Məhkəməsi azadliq.org, azadliq.info saytları, eləcə də MeydanTV, TuranTV və "Azərbaycan saatı" televiziya proqramının internet səhifələrinin bloklanması barədə qərar qəbul edib.

Bakı Apellyasiya Məhkəməsi də 2017-ci ilin dekabrında Səbail Rayon Məhkəməsinin çıxardığı qətnaməyə heç bir dəyişiklik etmədən qüvvədə saxlayıb.

Bu günki məhkəmədə AzadlıqRadiosunun nümayəndəsi Adil İsmayılov bildirib ki, qanunvericiliyə görə saytların bloklanması ilə bağlı şikayətə məhkəmə 5 gün müddətinə baxmalıdır.

“Amma, birinci instansiya məhkəməsinin saytların bloklanması ilə bağlı qəraraından bir il keçib. Ümid edirəm ki, Ali Məhkəmə prosesi uzatmadan qərar qəbul edəcək”, o qeyd edib.

İsmayılov bildirib ki, AzadlıqRadiosu dünyada yayımlanır və 35 milyon insan bu radionun saytına giriş edir.

“Azadlıq" radiosu ABŞ Konqresi tərəfindən maliyyələşdirilir və radio etika qaydalarını pozmayıb. Radio materiallarını beynəlxalq hüquq normalarına uyğun və milli qanunvericiliyə hörmət əsasında hazırlyıb. Azadliq.org saytı etika qaydalarına uyğun gəlməyən hər hansı məlumat yaymayıb. Saytın bloklanması ilə bağlı məhkəmə qərarı qanunsuzdur. Bu səbəbdən kassasiya şikayəti təmin edilməli, Apellyasiya Məhkəməsinin qərarı ləğv edilməlidir”, deyərək o radionun etika qaydalarını məhkəmə heyətinin diqqətinə çatdırıb.

Nümayəndə həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və məhkəmələrin müxtəlif saytların birgə bloklanması barədə qərarını düzgün hesab etmir.

“Mən hər bir saytla bağlı şikayətə ayrılıqda baxılması barədə vəsatət qaldırdım. Lakin məhkəmə vəsatətləri təmin etmədi”, o qeyd edib.

AzadlıqRadiosu-nun Bakı bürosu 2014-cü ilin dekabrında bağlanıb. Radionun Bakı bürosuna vergi ilə əlaqədar iki ittiham da daxil, bir sıra ittihamlar irəli sürülüb. AzadlıqRadiosu dəfələrlə bu ittihamların qondarma olduğunu bildirib. Radio 2017-ci ilin iyununda Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.

interposta.info



"Amerikanın səsi"

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26