Nazirlik məhkəməyə müraciət etdi -
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Azərbaycanda bəzi saytların bloklanmasını tələb edir.
interposta.info bildirir ki, Musavat.com xəbər verir ki, mərkəz bu tələblə məhkəməyə müraciət edib.
Nazirlik azadlıq.org azadlıq.info, azərbaycansaatı.com, meydan.tv saytlarının, "Turan” telekanalının (Turan TV) və “Azərbaycan saatı” teleproqramının girişə blok qoyulmasını istəyir.
Bu haqda artıq çapını dayandırmış “Azadlıq” qəzetinə Səbail rayon Məhkəməsindən bildiriş verilib.
"Azadlıq"a daxil olan bildirişdə qeyd edilir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin adı çəkilən internet resurslara qarşı iddiası məhkəmə baxışına qəbul edilib.
İddia azadlıq.info, azadlıq.org, azərbaycansaatı.com, meydan.tv saytlarını, Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarına girişin məhdudlaşdırılması ilə bağlıdır.
Sözügedən mülki iş üzrə məhkəmə iclası sabah saat 11:20-yə təyin olunub.
Bu işə hakim Nurəddin Bağırovun sədrliyi ilə baxılacaq.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26