Azadlıq prospektinin bir hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır
"Azəravtoyol" ASC-nin sürücülərə xəbərdarlıq edib.
ASC-nin Mətbuat Katibliyindən "APA-Economics"ə verilən məlumata görə, asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsində, daha dəqiqi prospektdə yerləşən yerüstü piyada keçidindən Biləcəri-Baksol yolunadək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
"Məhdudlaşdırma qısa müddətlik, həmin gün gecə saatlarınadək tətbiq ediləcək", - deyə məlumatda vurğulanıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26