Interposta.Info

Lənkəranskinin adamının həbs olunma səbəbi: məşhur avtoriteti öldürüb

Ölkə
 2-06-2018, 17:19     10 645

2012-ci ildə "Ded Xasan” ləqəbli məşhur kriminal lider Aslan Usoyanın yaxın adamlarından olan kriminal avtoritet İlqar Əliyevi qətlə yetirən azərbaycanlı Moskvada yaxalanıb.

"XeberBiz" APA-ya istinadən xəbər verir ki, bu barədə "İnterfaks” agentliyi öz mənbələrinə istinadən xəbər yayıb.

Saxlanılan şəxs Talıbxanlı Hacıbaba Tahir oğludur. O, 1983-cü il təvəllüdlüdür və Azərbaycanda doğulub.

H. Talıbxanlı Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən mayın 31-də saxlanılıb.

Qeyd edək ki, Hacı Beyləqanski kimi tanınan Hacıbaba Talıbxanlı mərhum qanuni oğru Rövşən Lənkəranskinin ən yaxın adamlarından biri sayılırdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26