Interposta.Info

Lənkəranskinin sağ əli azadlığa çıxdı –

Ölkə
 18-01-2017, 14:03     1 365

Lənkəranskinin sağ əli azadlığa çıxdı –
Türkiyə hökuməti təcridxanadan qanuni oğru Hacıbaba Talıbxanlının (Hacı Beyləqanski) sərbəst buraxılmasına izn verib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Rosbalt” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Agentlik Hacıbaba Talıbxanlının Rövşən Lənkəranskinin Türkiyədəki aktivləri uğrunda mübarizəyə başladığını bildirib:

“Hacı Beyləqanski qanuni oğru Əlibala Həmidovun (Qoca Bakinski) ölümündə günahkar bilinərək həbs edilmişdi. Sonradan bütün günahı üzərinə iki nəfər götürdüyünə görə Hacıbaba azadlığa buraxılıb. Talıbxanlı azad olduqdan dərhal sonra qanuni oğru Hüseyn Əhmədovun (Kor Hüseyn) qruplaşmasına qoşulub. O, Rövşən Lənkəranskinin Türkiyədəki aktivləri uğrunda mübarizəyə başlayıb”.

Qeyd edək ki, Hacı Beyləqanski İstanbulda qətlə yetirilmiş Rövşən Lənkəranskinin sağ əli sayılırdı. O, Rövşən Lənkəranskiyə sui-qəsd təşkil edilən zaman da onunla olub. Lənkəranskinin ölümündən sonra onun dəfn mərasiminə yollanan Talıbxanlı qəfildən Türkiyə polisi tərəfindən hava limanında həbs edilmişdi. Polis onu 2013-cü ildə İstanbulda qanuni oğru Əlibala Həmidovun ölümündə şübhəli bildiyinə görə saxlamışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26