Interposta.Info

“Hacı Beyləqanski” Ded Xasanın qətlində ittiham olundu

Ölkə
 2-06-2018, 23:06     10 416

Məşhur “vor zakon” Ded Xasanı “Hacı Beyləqanski” kimi tanınan azərbaycanlı Hacıbaba Tahir oğlu Talıbxanlı qətlə yetirib

“Mash” telegram-kanalı xəbər verir ki, son zamanlara qədər “Hacı Beyləqanski” Moskvanın şimal-qərb hissəsində yaşayıb, rabitə üçünsə Qazaxıstanın mobil operatorlarının xidmətlərindən istifadə edib.

“Mash” əlavə edir ki, istintaqın gəldiyi nəticəyə görə, Ded Xasanın qətlini Rövşən Lənkəranski sifariş edib. Həmin vaxt azərbaycanlı “vor zakon”un “Ded Xasan” ləqəbli Usoyandan sonra kriminal aləmdə ikinci nüfuzlu şəxs olduğu deyilir.

“Hacı Beyləqanski” Ded Xasanın qətlində ittiham olundu

Ded Xasan snayper gülləsi ilə Moskvanın mərkəzindəki restoranlardan birinin yaxınlığında öldürülüb.

Qatilin restoranla üzbəüz binadan atəş açdığı güman edilir. “Hacı Beyləqanski” bu qətldən sonra 5 il müddətində istintaqdan gizlənməyə müvəffəq olub.

Xatırladaq ki, “Hacı Beyləqanski” ləqəbli kriminal avtoritet Hacıbaba Talıbxanlı barəsində Cinayət Məcəlləsinin 105.1 (qətl) və 105.2 (iki və daha çox insanın qətli) maddələri üzrə cinayət işi qaldırılıb.

interposta.info xəbər verir ki, bu barədə virtualaz.org-a Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsindən məlumat veriblər.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26